ABŞ İranın nüvə proqramı üzrə sazişdən çıxıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.

D.Tramp Tehranı sazişin şərtlərinə zidd olaraq qadağan olunmuş silahın hazırlanması və Uranın zənginləşdirilməsində ittiham edib.

Qeyd edək ki, İran və 6 beynəlxalq vasitəçi (Rusiya, ABŞ, Britaniya, Çin, Fransa, Almaniya) 2015-ci ildə İranın nüvə probleminin həlli barədə sənəd imzalayıblar.