ABŞ prezidenti Donald Tramp Kanadanın Kvebek şəhərindən Sinqapura yola düşüb.

Trend-in məlumatına görə, ABŞ başçısı iyunun 12-də orada KXDR lideri Kim Çen Inla görüş keçirəcək.

Qeyd edək ki, Tramp Kanadada keçirilən “G-7” sammitində iştirak edirdi. O, Sinqapura yola düşmək üçün sammiti erkən tərk etməli oldu.