İstanbulda Beykoz rayonunda fabriklərdən birində yanğın başlayıb. Trend-in məlumatına görə, hazırda hadisə yerinə yanğınsöndürən maşınlar və xilasedicilər cəlb olunub.

Yanğının baş vermə səbəbləri hələ məlum deyil.

İlkin məlumata görə, hadisə nəticəsində 2 nəfər xəsarət alıb.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam edir.