İndoneziyanın Lombok adasında baş verən zəlzələ nəticəsində 32 nəfər həyatını itirib.

Trend-in KİV-lərə istinadən verdiyi məlumata əsasən, hadisə nəticəsində onlarla xəsarət alan var.

Xatırladaq ki, bu gün İndoneziyanın Lombok adasında 6,6 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların ocağı Mataram şəhərindən 49 kilometr şimal-şərqdə yerləşib. Hadisə şəhidlərinin sözlərinə görə, güclü zəlzələ məşhur Bali adasında da hiss olunub.