İran hökuməti xarici turistlərin pasportlarına ölkəyə giriş və çıxış zamanı möhür vurulmasını ləğv etmək niyyətindədir

Trend-in məlumatına görə, bu tədbirlər ABŞ-ın İran İslam Respublikasına qarşı tətbiq etdiyi sanksiyalarla əlaqədardır.

Bildirilir ki, İran hökuməti xarici turistləri bu tədbirlərin köməkliyi ilə hər hansı bir narahatlıqdan azad etmək niyyətindədir.

Bu təşəbbüs artıq İranın Xarici İşlər Nazirliyi, həmçinin Sənaye, Ticarət və Mədən Nazirliyi tərəfindən bəyənilib.