Mərkəzi Türkiyədə 4,8 bal gücündə zəlzələ baş verib.

Trend-in Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, "UTC" vaxtı ilə 15:22-də qeydə alınan yeraltı təkanların episentri Adana şəhərindən 98 kilometr şimal-şərqdə, ocağı isə 6 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.