Ali Məhkəmə ərindən onu kobud şəkildə çağırdığına görə boşanmaq istəyən qadının şikayətini təmin edib.

Trend-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Konya sakini H.D. onu çağırarkən adı ilə deyil, “hişt, hey” deyə və bəzən də fit çalaraq səslədiyinə görə ərindən boşanmaq qərarına gəlib.

Yerli məhkəmə cütlüyün boşanması haqqında qərar qəbul etsə də, qadının təzminat tələbini rədd edib.

Ali Məhkəmə isə qadına təzminat verilməsi barədə də hökm çıxarıb.