Yaponiyanın cənubundakı Okinava prefekturasında tüğyan edən "Trami" qasırğası zamanı azı 22 nəfər xəsarət alıb.

Leqal.info "Report"a istinadən xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Telekanalın xəbərinə görə, qasırğa ilə əlaqədar sabah Osakadakı beynəlxalq Kansay hava limanının iki eniş-uçuş zolağı bağlı olacaq. Sərnişinlərdən reyslər haqqında məlumatı hava şirkətinin saytından almaq xahiş edilib.

Qasırğa nəticəsində 200 mindən çox ev elektrik enerjisindən məhrum olub. Ölkənin 400-dən çox daxili təyyarə reysi ləğv edilib.

Daha əvvəl təbii hadisə nəticəsində 17 nəfərin xəsarət aldığı bildirilirdi.