Rusiya prezidenti Vladimir Putin 2019-cu ilin əvvəlində Ermənistana səfər edəcək.

“Qafqazinfo”nun “Sputnik Ermənistan”a istinadən verdiyi xəbərə görə, bu barədə erməni baş nazir Nikol Paşinyan bildirib.

“Səfərin gələn ilin əvvəlində baş tutacağının doğru olacağını düşünürəm. Çünki müqavilə bazasını hazırlamaq, eləcə də səfər çərçivəsində imzalanacaq sənədləri formalaşdırmaq üçün zaman lazımdır”, - deyə o, vurğulayıb.