Türkiyə Hərbi Qüvvələri həftə ərzində 68 terrorçunu zərərsizləşdirib.

"Leqal.info" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

PKK, PYD, YPG və İŞİD-ə qarşı antiterror əməliyyatları Diyarbəkir, Hakkari, Tunceli, Şırnak, Mardin vilayətlərində, həmçinin İraqın şimalında keçirilib. Əməliyyatların gedişatında Türkiyə ordusunun 2 hərbi qulluqçusu həlak olub, daha 3 hərbçi yaralanıb.

Terrorçulardan xeyli miqdarda silah-sursat götürülüb, habelə silahlıların 31 atəş nöqtəsi, sığınacağı və silah anbarı məhv edilib.

Məlumatda həmçinin bildirilir ki, Suriyanın Afrin bölgəsində başlanan "Zeytun budağı" əməliyyatında zərərsizləşdirilən terrorçuların sayı 4585 nəfərə çatıb.