Argentinanın paytaxtı Buenos-Ayresdə G20 sammiti çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Donald Tramp arasında görüş olub.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, Türkiyə və ABŞ liderlərinin ikitərəfli görüşü "Costa Salguero" sərgi mərkəzində keçirilib.

Danışıqlar bağlı qapı arxasında keçirilib və 50 dəqiqə davam edib.