Ukrayna Prezidenti Petro Poroşenko və Ali Radanın sədri Andrey Parubiy yanvarın 5-6-da Türkiyəyə səfər edəcək.

Leqal.info "Report"a istinadən xəbər verir ki, bu barədə Ukrayna parlamentinin Mətbuat xidmətindən bildiriblər.

Səfər zamanı P.Poroşenko Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Konstantinopol patriarxı Varfolomey ilə görüşməyi planlaşdırır. Görüşlərin yanvarın 5-də baş tutacağı gözlənilir.