Rusiyada Azərbaycan vətəndaşlarını daşıyan mikroavtobusun qəzaya uğraması nəticəsində xəsarət alan 3 nəfərin vəziyyəti ağırdır.

Trend-in TASS-a istinadən verdiyi məlumata əsasən, onların arasında 2 yaşlı uşaq da var.

Qeyd olunur ki, daha 10 nəfər yüngül xəsarətlərlə xəstəxanaya yerləşdirilib, onlara lazımi yarım göstərilir. Yaralananlar Bakı sakinləridir.

Stavropol diyarının yol polisinin verdiyi məlumata görə, mikroavtobus sürücüsnün idarəetməni itirməsi nəticəsində aşıb.