Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin yanvar ayında Rusiyada görüş keçirəcəklər.

Leqal.info-nun Trend-ə istinadən məlumatına görə, tərəflər görüş çərçivəsində bir sıra məsələləri, o cümlədən Suriyada olan vəziyyəti də müzakirə edəcəklər.

Prezidentlər həmçinin Türkiyənin Rusiyadan S-400 raket sistemlərinin alınmasına dair müqaviləni də nəzərdə keçirəcəklər.