Leqal.Info

SON DƏQİQƏ

Qırğız Respublikasının sabiq prezidenti Almazbek Atambayevə qarşı cinayət işi açıla bilər

Qırğız Respublikasının sabiq prezidenti Almazbek Atambayevə qarşı cinayət işi açıla bilər
7-02-2019, 12:58 41 002 dəfə baxılıb

Qırğız Respublikasının sabiq prezidenti Almazbek Atambayevə qarşı cinayət işi açıla bilər.

Leqal.info “Report”a istinadən xəbər verir ki, bunu mətbuat konfransı zamanı Təhlükəsizlik Şurasının katibi Dəmir Saqınbayev bildirib.

O deyib ki, məhkəmədə birbaşa, yaxud dolayı ifadələr verilsə, onu məsuliyyətə cəlb edəcəklər. Katib bunun üçün parlamentdə toxunulmazlığın geri götürülməsinə dair qanunun da qəbul edilməsinin vacib olduğunu diqqətə çatdırlıb.

Qeyd edək ki, ötən il paytaxt Bişkəkdəki yeganə istilik elektrik stansiyasında baş verən qəzadan sonra başlanan korrupsiya haqqında cinayət işi çərçivəsində Almazbek Atambayevin dövründə yüksək vəzifələr tutmuş bir neçə nəfər həbs olunmuş, sabiq dövlət başçısının özü də həmin stansiyanın yenidən qurulması ilə bağlı verilən qərarların siyasi məsuliyyətini öz üzərinə götürmüşdü.

Ötən ilin dekabr ayında sabiq prezidentlərin cinayət məsuliyyətinə cəlb oluna biləcəyi barədə qanun layihəsi ölkə parlamentində birinci oxunuşda qəbul edilib.


www.leqal.info

Teqlər: Almazbek Atambayev

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

GÜNDƏMHAMISI

ŞOU-BİZNESHAMISI

SOSİALHAMISI

MƏDƏNİYYƏTHAMISI