Rusiyanın Rostov vilayətində polis saxta “Raffaello” konfetlərinin istehsalı ilə məşğul olan sex aşkar edib.

Leqal.info-nun Trend-ə istinadən məlumatına görə, həmin sexdə 19 Ermənistan vətəndaşı işləyib.

Onların Rusiya ərazisində qanunsuz yaşadıqları da məlum olub.

Hazırda həmin sex sahibinin və istehsalatda iştirak edən digər şəxslərin axtarışları aparılır.