Ermənistanın eks-prezidenti Serj Sarqsyanla keçmiş müdafiə naziri Seyran Ohanyan Xüsusi İstintaq Komitəsində üzləşdirilib.

“Report” “Armtimes”ə istinadən xəbər verir ki, üzləşmə 2008-ci il martın 1-i istintaqı çərçivəsi ilə əlaqədar aparılmayıb. Sarqsyan başqa cinayətlə bağlı şahid qismində üzləşdirilib.

Ermənistan qanunvericiliyinə görə, üzləşmə eyni iş çərçivəsində sorğulanmış şəxslərin ifadəsi üst-üstə düşməyəndə keçirilir.