Qazaxıstan parlamenti Senatının deputatları ölkənin birinci prezidentinin böyük qızı Dariqa Nazarbayevanı spiker seçiblər.

Leqal.info-nun Trend-ə istinadən məlumatına görə, yeni spikerin seçilməsi əvvəlki Senat sədri Kasım-Jomart Tokayevin Prezident vəzifəsinin icrasına başlaması ilə əlaqədardır.

Xatırladaq ki, dünən Nursultan Nazarbayev xalqa müraciətdə Qazaxıstan Prezidenti vəzifəsindən getdiyini açıqlayıb.

Ölkədə prezident seçkilərinin 2020-ci ildə keçirilməsi planlaşdırılır.