Bu ilin yanvar-fevral aylarında Gürcüstanda 11 671 cinayət halı qeydə alınıb.

Leqal.info “Report"a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

İllik müqayisədə cinayət faktlarının sayı 31,65% artıb.

Gürcüstan DİN cinayət hallarının yalnız 24,07%-nin üstünü açıb.

Gürcüstanın Milli Statistika İdarəsinin hesabatına əsasən, ölkədə yalnız fevral ayında 5 927 cinayət hadisəsi baş verib. Onların böyük əksəriyyəti əmlaka (2 467) və sağlamlığa zərərvurma (1 018) ilə bağlıdır.