Çexiyanın cənub-şərqindəki Brno şəhərində tramvayla trolleybusun toqquşması nəticəsində 40 nəfər xəsarət alıb.

Leqal.info-nun Trend-ə istinadən məlumatına görə, xəsarət alanlardan 5-nin vəziyyəti ağır dəyərləndirilir.

Hazırda qəzanın səbəbləri ilə bağlı araşdırmalar aparılır.

İlkin ehtimallara əsasən, trolleybus sürücüsü yolayrıcında tramvay gələrkən vaxtında əyləcə basa bilməyib.