Ukraynada prezidentliyinə namizəd Vladimir Zelenski protokolların 79,6 faizinin hesablanmasından sonra seçkilərdə qalib olub.

Leqal.info "Report"a istinadən xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyаsı (MSK) məlumat yayıb.

Bildirilir ki, Vladimir Zelenski 73,07 faiz səs toplayıb. Ukrayna seçicilərinin 10,8 milyonu onun lehinə səs veriblər.

Zelenskinin əsas rəqibi, ölkənin hazırkı prezidenti Petro Poroşenkoya isə 24,59 faiz seçici (3,6 milyon seçici) səs verib.

MSK-nın məlumatına görə, bülletenlərin 2,32 faizi etibarsız sayılıb.

***06:07

Ukraynada prezidentliyinə namizəd Vladimir Zelenski protokolların 66,74 faizinin hesablanmasından sonra seçkilərdə öndədir.

Bu barədə "Report" Ukraynanın Mərkəzi Seçki Komissiyаsı (MSK) istinadən xəbər verir.

Məlumata görə, Vladimir Zelenski seçkilərdə 73,01 faiz səs toplayıb. Onun rəqibi Petro Poroşenkoya isə seçicilərin 24,65 faizi səs verib.

Qeyd edək ki, bülletenlərin 2,32 faizi etibarsız sayılıb.

***04:27

Ukraynada prezidentliyinə namizəd Vladimir Zelenski protokolların 49,57 faizinin hesablanmasından sonra seçkilərdə öndədir.

Bu barədə "Report" Ukraynanın Mərkəzi Seçki Komissiyаsına (MSK) istinadən xəbər verir.

Qeyd edilir ki, Vladimir Zelenski seçicilərin 73 faizinin səsini toplayıb. MSK-nın nəticələrinə görə, Petro Poroşenkonu seçicilərin 24,65 faizi dəstəkləyib.

Qeyd edək ki, bülletenlərin 2,33 faizi etibarsız sayılıb.

***02:50

Ukraynada prezidentliyinə namizəd Vladimir Zelenski protokolların 31,39 faizinin hesablanmasından sonra seçkilərin nəticələrinə görə rəqibi Petro Poroşenkonu demək olar 3 dəfə qabaqlayıb.

"Report" xəbər verir ki, bu barədə Ukraynanın Mərkəzi Seçki Komissiyаsı məlumat yayıb.

Qeyd edilir ki, Zelenski 73,16 faiz seçici səsi toplayıb. Nəticələrə əsasən Poroşenkoya 24,50 faiz seçici səs verib.

***01:29

Ukraynanın Mərkəzi Seçki Komissiyаsının onlayn-tablosunun məlumatlarına əsasən, prezident seçkiləri protokollarının 11,3 faizi hesablanıb.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, nəticələrə əsasən Vladimir Zelenski liderliyini davam etdirir.

Məlumata görə, onunla rəqibi Petro Poroşenko arasında seçici səsi fərqi bir qədər də artıb. Belə ki, Zelenski 73,09 faiz səs toplayıb. Son nəticələrə görə Poroşenkoya seçicilərin 24,58 faizi səs verib.

Qeyd edək ki, 1,61 faiz protokolların hesablanması zamanı bu rəqəm müvafiq olaraq 70,94 və 26,71 faiz idi.

Xatırladaq ki, dünən Ukraynada prezident seçkilərinin ikinci turu keçirilib.