Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) bölmələrindən birinin rəisi, polkovnik Kirill Çerkalin və onun tabeliyində olan iki keçmiş əməkdaş iri məbləğdə rüşvət almaqda şübhəli bilinərək tutulub.

“Report” TASS-a istinadən xəbər verir ki, məlumatı FTX-nin İctimaiyyətlə əlaqələr mərkəzi yayıb.

Bildirilib ki, həmin bölmənin keçmiş əməkdaşları - Dmitri Frolov və Andrey Vasilyev əvvəllər ciddi nöqsanlara görə hərbi xidmətdən uzaqlaşdırılıblar.