Belarus və Rusiya Federasiyası prezidentləri Aleksandr Lukaşenko ilə Vladimir Putin arasında Belarus neftayırma müəssisələrinə keyfiyyətsiz neft tədarükü ilə bağlı məsələni müzakirə ediblər.

“Report” “BelTA”ya istinadən xəbər verir ki, bu barədə bildirən Belarus prezidenti administrasiyasının rəhbəri Natalia Koçanova görüş zamanı Rusiya prezidentinin bu məsələni hərtərəfli araşdıracaqlarını, ciddi qiymət verəcəklərini bildirdiyini diqqətə çatdırıb.

Rusiya baş nazirinin müavini Dmitri Kozak da tərəflərin bu hadisənin fəsadlarını aradan qaldırmaq üçün müvafiq tədbir görməklə bağlı razılığa gəldiklərini qeyd edib.

Xatırladaq ki, aprelin 22-də Avropa İttifaqı neftayırma müəssisələrinə Rusiyadan keyfiyyətsiz neft tədarükü haqqında bildirib. Ayın 23-də də Belarus Rusiyadan çirklənmiş neft tədarükünü əsas gətirərək benzin və dizel yanacağı ixracını dayandırdıqlarını açıqlamışdı.