"Münaqişəli Donbas məsələsində Ukraynanın həmin ərazidən Rusiyanın lehinə imtina etməsi, Ukrayna xalqının yeni seçilmiş prezident Zelenskiyə münasibəti kəskin şəkildə pisləşdirəcək”.

Leqal.info BakuPost-a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker Macarıstanın mətbuatına açıqlamasında bildirib.

Diplomat Ukraynanın suverenliyi və ərazi bütövlüyünün tam bərpa edilməsi üçün əlindən gələni edəcəyini bildirib: "Bu konflikt həlli yolunu tapmazsa, Zeleniski Ukrayna
vətəndaşlarının nifrətini qazanacaq. Bu işlər üçün artıq proses başlayıb”.

Diplomatın sözlərinə görə, münaqişənin həlli yolunda ən yaxşı variant , BMT sülhməramlılarını Donbassa göndərilməsi və rəsmi Kiyevin həyata keçirdiyi islahatların davam etdirilməsidir:

"Biz ümid edirik ki, bu müharibəni sülh yolu ilə bitirmək mümkündür.Lakin Rusiya bunu edəcək, yoxsa etməyəcək? Bu, məsələ sual altında qalır. Lakin, Amerika hökuməti Ukraynanı müvəffəqiyyətli və sabit bir ölkəyə çevrilməsində kömək edəcək".