Rusiyanın Sverdlovsk vilayətinin poliqonunda hərbi sursatın partlaması nəticəsində 5 əsgər yaralanıb və onlardan 1-i həlak olub.

"Report" bu barədə TASS-a istinadən xəbər verir.

Bildirilir ki, Mərkəzi Hərbi Komissiya və Hərbi Prokurorluq hadisənin səbəblərini araşdırır.

İlkin ehtimala görə, hərbçilər poliqonun ərazisində tonqal qalayıblar və bu da hərbi sursatın partlayışına səbəb olub.