Malavidə fil britaniyalı əsgəri öldürüb.

Leqal.info-nun Trend-ə istinadən məlumatına görə, hadisə brakonyerlərə qarşı keçirilən əməliyyat zamanı baş verib.

Hadisənin hansı şəraitdə baş verməsi barədə məlumat verilməyib.

Qeyd olunur ki, britaniyalı hərbçilər Malavidə vəhşi təbiətin brakonyerlərdən qorunması işində iştirak edir.