İran nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planından çıxmayacaq.

Trend-in "Al Jazeera" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə İranın xairici işlər naziri Məhəmməd Cavad Zərif bildirib.

Onun sözlərinə görə, Tehran nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planından çıxmayacaq, lakin sözügedən planın İrannın könüllü qaydada öz üzərinə götürdüyü bir neçə bəndinə əməl etməkdən imtina edəcək.

C.Zərif təəssüflə qeyd edib ki, Avropa İttifaqı və dünya birliyi İranın nüvə proqramı ilə bağlı sazişə dair ABŞ-ın təzyiqlərinə müqavimət göstərə bilmədi.