Leqal.Info

SON DƏQİQƏ

BƏƏ İranı neft tankerlərini partlatmaqda - ittiham edib

BƏƏ İranı neft tankerlərini partlatmaqda
14-05-2019, 13:25 58 351 dəfə baxılıb

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) neft daşıyan gəmilərin partlamasına səbəb kimi İranın diversiyasını göstərib.

“Report” “News.ru”ya istinadən xəbər verir ki, ABŞ mütəxəssislərinin ilkin qənaəti belədir.

Bildirilib ki, BƏƏ hakimiyyətinin istəyi ilə hadisə baş verən Fuceyrəyə amerikalı müstəntiqlər cəlb ediliblər.

Mütəxəssislər hadisənin partlayıcılar vasitəsilə törədildiyini vurğulayıblar.

Məlumata görə, gəmilərin 4-nə də eyni dərəcədə ziyan dəyib.

BƏƏ hakimiyyəti hadisəni diverisiya adlandırıb.

Qeyd edək ki, mayın 12-də BƏƏ-nin tərkibinə daxil olan Əl-Fuceyrə əmirliyinin limanında partlayış nəticəsində Səudiyyə Ərəbistanının iki neft tankeri, Şarca əmirliyinin bayrağı altında üzən Norveçin bir yük gəmisi və bir tankerində partlayış olub.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi isə hadisəni həyəcanlı və dəhşətli adlandıraraq dərin araşdırmanın aparılmasını tələb etdiklərini söyləyib.


www.leqal.info

Teqlər: BƏƏ, İran, neft tankerləri

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

GÜNDƏMHAMISI

ŞOU-BİZNESHAMISI

SOSİALHAMISI

MƏDƏNİYYƏTHAMISI