Ermənistan silahlı qüvvələrinin keçmiş hərbçisi Mxitar Alumyan 3 uşağı ilə birlikdə ölkəsinin Müdafiə Nazirliyinin binası qarşısında aclıq aksiyası keçirir.

“Report” “Panorama”ya istinadən xəbər verir ki, hərbçi Müdafiə Nazirliyindən işlə təmin olunmasını tələb edir.

M.Alumyanın sözlərinə görə, onlar Ermənistanın Kotayk vilayətinin Kaxsi kəndində yaşayıblar. Hazırda isə Razdan şəhərində kirayə mənzildə qalırlar.

Nazirlikdən bildiriblər ki, aksiyadan və keçmiş hərbçinin tələbindən xəbərdardırlar.