“Leqal.info” xəbər verir ki, məhkəmə xəbərləri portalında yerləşdirilən məlumata görə, amerikalı dirijor Orbelyan mədəniyyət naziri səlahiyyətlərinin Nazəni Qəribyana həvalə etməklə bağlı baş nazirin 14 yanvar 2019-cu il tarixli qərarını, həmçinin onun teatr direktoru vəzifəsinə xitam verməklə bağlı əmrinin etibarsız sayılmasını tələb edir.
Bu davada Milli Akademik Opera və Balet teatrı üçüncü tərəf qismində iştirak edir.