Ermənistanda saxta sənədlərlə hərbi xidmətdən yayınma halları aşkarlanıb.

“Report” “Novosti Aremniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş Prokurorluğu məlumat yayıb.

Ölkənin Müdafiə Nazirliyinin Hərbi Polisinin həyata keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində həqiqi hərbi xidmətdən yayınmaq üçün saxtakarlıq halları və saxta tibbi sənəddən istifadə olunması faktları aşkarlanıb. Bu cinayət əməlində şübhəli bilinənlər saxlanılıblar.