Rusiyanın Nijni Novqorod vilayətinin Dzerzhinsk şəhərində baş verən partlayış nəticəsində 80 nəfərə yaxın adam tibbi yardım almaq üçün müraciət edib.

Leqal.info-nun Trend-ə istinadən məlumatına görə, bu barədə Rusiyanın Səhiyyə Nazirliyinin mətbuat xidməti bildirib.

Məlumata əsasən, Kristal zavodunda partlayış nəticəsində ümumilikdə 38 işçi və 41 şəhər sakini olmaqla 79 nəfər müraciət edib. Müraciət edənlər arasında azyaşlılar yoxdur.