"Rusiya qazının Ukrayna ərazisi ilə nəqli bir şərtlə saxlanıla bilər".

“Leqal.info” Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu qonşu ölkənin baş naziri Dmitri Medvedev deyib.

Onun sözlərinə görə, bunun üçün Ukraynanın yeni hakimiyyəti siyasi spekulyasiyalardan praqmatik düşüncələrə keçməlidir.

D.Medvedev ümid etdiyini bildirib ki, rəsmi Kiyevin normal razılaşmalara nail olmaq üçün hələ də praqmatik düşüncələri mövcuddur.