Leqal.Info

SON DƏQİQƏ

Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə məktəbli uşaq dünyaya gətirib - istintaqa başlanılıb

Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə məktəbli uşaq dünyaya gətirib
6-06-2019, 11:08 75 239 dəfə baxılıb

Gürcüstanın Laqodexi rayonunun azərbaycanlılar yaşayan Qabal kəndində məktəblərin birinin 11-ci sinif şagirdi uşaq dünyaya gətirib.

Leqal.info “Report”a istinadən xəbər verir ki, 16 yaşlı məktəbli qız sinifdə özünü pis hiss edib və məktəbə təcili tibbi yardım çağırılıb.

Qızın hamilə olduğu müəyyən olunub və xəstəxanaya çatdırılandan bir neçə saat sonra o, uşaq dünyaya gətirib.

Müəllimlərin bildirdiyinə görə, məktəbli hamilə olduğunu bilməyib. Yeniyetmənin ötən ilin sentyabrında qonşusu və qohumu, 40 yaşlı kişi tərəfindən zorlandığı məlum olub.

Gürcüstanın Daxili İşlər Nazirliyi Qabal kəndində yeniyetmənin uşaq dünyaya gətirməsi faktını təsdiq edib. Faktla bağlı istintaq başlayıb.


www.leqal.info

Teqlər: Gürcüstan, məktəbli hamilə, zorlanma

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

GÜNDƏMHAMISI

ŞOU-BİZNESHAMISI

SOSİALHAMISI

MƏDƏNİYYƏTHAMISI