Fransanın Konyak bölgəsinin bir hissəsi olan Şaranta departamentində güclü yanğın baş verib.

"Leqal.info" yerli mətbuata istinadən xəbər verir ki, nəticədə 250 min litr konyak yanaraq məhv olub.

Yanğınsöndürənlər alovun qonşuluqda yerləşən və 350 min litr konyakın saxlanıldığı zavoda keçməsinin qarşısını ala biliblər.

Yanğın nəticəsində xəsarət alan olmayıb.