Bu ilin yanvar-may aylarında Gürcüstanın dövlət qurumlarında 36 rüşvətalma faktı qeydə alınıb.

Leqal.info “Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyindən bildirilib.

İllik müqayisədə rüşvət hallarında 56,52% artım qeydə alınıb. Ötən ilin yanvar-may aylarında dövlət qurumlarında 23 rüşvətalma halı baş verib.

Hesabat dövründə 127 məmur vəzifə səlahiyyətlərini aşıb, 38-i xidməti vəzifəsindən sui-istifadə edib. Vəzifə səhlənkarlığı ilə bağlı 28, xidməti saxtakarlıqla bağlı isə 14 fakt olub.