Gürcüstanın paytaxtı Tbilisidə daxili işlər naziri Giorgi Qaxarianın istefası tələbi ilə növbəti aksiya başlayıb.

Leqal.info “Report”a istinadən xəbər verir ki, Gürcüstan parlamentinin binası qarşısında keçirilən aksiya sayca 16-cıdır.

Təşkilatçılar iyunun 20 və 21-də Tbilisidə etiraz aksiyalarında iştirak edən bəzi şəxslərin saxlanılmasına etirazlarını bildiriblər.

Onların sözlərinə görə, aksiyanın zor gücünə dağıdılmasından sonra hökumətin digərlərinin məsuliyyəti barədə danışmasına mənəvi haqqı yoxdur.