Kanada jurnalisti Nodan Nalaeh Somalinin Kismayo şəhərindəki mehmanxanada "Aş-Şabab" qruplaşmasının silahlıları tərəfindən törədilmiş terror aktı nəticəsində həlak olub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə CBC telekanalı bildirib.

Məlumata görə, 43 yaşlı jurnalist Kanadanın Somali icması üçün şəxsi internet-kanalından ötrü veriliş hazırlayırmış. O, əri ilə birlikdə öldürülüb.

Nodan Nalaehin vətəndaşlığı badərə dəqiq məlumat verilmir. Lakin qeyd edilir ki, o, həmçinin son illər yaşadığı Toronto şəhərinin telekanallarından biri ilə əməkdaşlıq edib.

Daha əvvəl bildirilib ki, Somalinin Kismayo şəhərində törədilmiş terror aktı nəticəsində azı 10 nəfər həlak olub, onlarla insan yaralanıb.