Ermənistanın Vanadzor şəhərində kommunal təsərrüfat şirkərinin 47 yaşlı keçmiş rəhbəri asılmış vəziyyət aşkar edilib.

“Leqal.info” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, texniki xidmət mərkəzinin işçiləri müdirlərinin meyitini işə gələrəkən asılmış vəiyyətdə görüblər.

Bildirilib ki, keçmiş direktorun kabeldən asılı vəziyyətdə meyiti sahibi olduğu avtomobillərə texniki xidmət mərkəzində aşkar edilib. Məlumata görə, o, maddi cəhətdən təmin olunubmuş, borcu yox imiş, hadisədən bir neçə saat əvvəl onu yaxşı ovqatda görüblər.

Bildirilib ki, hadisənin səbəbi araşdırılır.