“Report” TASS-a istinadən xəbər verir ki, parlamentin növbədənkənar sessiyasındakı nitqi zamanı komitə rəhbəri baş verənlərdə onun da nöqsanı olduğunu düşündüyünü, artıq bu barədə Prezident Sorunbay Jeenbekovla söhbət etdiyini deyib.
Lakin parlament qarşısında çıxış edən dövlət başçısı bu istefanı qəbul etmədiyini açıqlayıb. Ölkə prezidenti qərarını belə əsaslandırıb: “Belə bir çətin məqamda çıxıb getmək ən asan yoldur. Vəziyyət sabitləşəndən sonra güc qurumlarının baş verənlərdə məsuliyyəti məsələsinə qayıdarıq”.