Abşeron Rayon Məhkəməsində hakim Elman Məmmədovun sədrliyi ilə Zümrüd Yağmurun həyat yoldaşı Fuad Qəhrəmanlıya qarşı boşanma ərizəsi əsasında məhkəmə prosesi keçirilib.

Z.Yağmurun vəkili Zibeydə Sadıqova Trend-ə açıqlamasında bildirib ki, prosesə Fuad Qəhrəmanlı və onun nümayəndəsi gəlməyib.

Hakim iş üzrə növbəti prosesi oktyabrın 17-nə təyin edib.

Xatırladaq ki, Zümrüd Yağmur AXCP sədrinin sabiq müavini Fuad Qəhrəmanlı ilə aralarında olan nikahın pozulması məqsədilə Abşeron rayon Məhkəməsinə müraciət edib.