Leqal.Info

SON DƏQİQƏ

Azərbaycanda İnterpolun Milli Mərkəzi Bürosunun rəisi - vəzifəsindən azad edilərək təqaüdə göndərilib

Azərbaycanda İnterpolun Milli Mərkəzi Bürosunun rəisi
17-10-2019, 13:00 40 178 dəfə baxılıb

Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, polis general-mayoru Mehman Təhməzov vəzifəsindən azad edilərək təqaüdə göndərilib.

“Leqal.info”nun məlumatına görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, M.Təhməzov xidmətdə olmanın son həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.

İnterpolun Milli Mərkəzi Bürosunun rəisi vəzifəsinə hələlik təyinat olunmayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Leqal.info"ya faktı təsdiqləyiblər.

Qeyd edək ki, M.Təhməzov Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisi vəzifəsinə 2012-ci ildə təyin edilib.


www.leqal.info

Teqlər: Azərbaycanda, İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, Mehman Təhməzov, vəzifəsindən azad edilərək təqaüdə göndərilib

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

GÜNDƏMHAMISI

ŞOU-BİZNESHAMISI

SOSİALHAMISI

MƏDƏNİYYƏTHAMISI