Milli məsələdə hansısa yanlışlığa yol vermək olmaz

Bu barədə "Leqal.info"nun Araşdırma qrupu müşahidələr aparıb


Bakı Nəqliyyat Agentliyi koronavirusun tüğyan etdiyi, hər bir dövlət qurumunun gücləndirilmiş iş rejiminə keçdiyi vaxtda da öz üzərinə düşən işi layiqində görə bilmədi. Karantin tədbirlərinin ölkə üzrə tətbiqindən sonra bir çox qurumlar kimi Bakı Nəqliyyat Agentliyi də maksimum səviyyədə çalışmalı, sosial izolyasiya tədbirlərinə öz töhfəsini verməli idi ki, insanlar arasında virusun yayılmasında artım olmasın. Bunun üçün də metronun fəaliyyətinin dayandırılandan sonra Bakı Nəqliyyat Agentliyi tərəfindən ekspress avtobuslar icazəli şəkildə çalışan vətəndaşların ixtiyarına verildi. Əsasən də söhbət “M1” və “M2” marşrut avtobuslarından gedir ki, onlar metro stansiyalarının yanından keçməklə bu vaxta kimi metrodan istifadə edən sərnişinlərin daşınması ilə məşğul olmalıdır. Əslində məşğul da olurlar. Amma necə? Bax, elə söhbət bu məsələdən gedir. Ona görə ki, karantin qaydalarına əsasən insanlar arasında ən azı 1 metr məsafə saxlanılmalıdır. Bu avtobuslarda sərnişin daşınan zaman da tətbiq edilməlidir. Lakin təəssüflər olsun ki, “M1” və “M2” marşurları və digər sərnişin daşıma ilə məşğul olan avtobuslardakı mənzərə karantindən əvvəlki dövrlərdən heç fərqlənmir. Sərnişinlərin ayaq üstə aparılması bir yana, hələ bir avtobuslarda sərnişinlər arasında sıxlığın qorunmaması başqa dərddir. Avtobus sürücüləri artıq karantin qaydalarını unudaraq “köhnə hamam, köhnə tas” prinsipi ilə işlərini görməkdədirlər. Təəssüflər olsun ki, Bakı Nəqliyyat Agentliyinin rəsmiləri bu halı görmürlər, yaxud görmək istəmirlər.
Bir məsələni də diqqətinizə çatdıraq ki, dövlət səviyyəsində karantin rejimi tətbiq olunandan sonra Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mayis Ağayev bir neçə televiziya kanallının əməkdaşlarını dəvət etməklə avtobusların hər gün dezenfeksiya olunduğunu, avtobuslara xüsusi qablarda spirtlər qoyulduğu bildirildi. Amma bu dizenfeksiya, qablarda spirtin nümayişi bir müddətlik oldu. Necə ki, sərnişinlərin daşınmasında yaşanan problemlər var, eyni ilə də dezenfeksiya və spirtlə bağlı. Əslində isə BNA öz xidmətini yüksək səviyyədə qurmalı idi. Çünki milli məsələdə hansısa yanlışlığa yol vermək olmaz.

"Leqal İnformasiya Agentliyi"nin Araşdırma Qrupu

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
BNA karantində özünü rüsvay etdi
BNA karantində özünü rüsvay etdi
BNA karantində özünü rüsvay etdi
BNA karantində özünü rüsvay etdi
BNA karantində özünü rüsvay etdi