İyun-iyul aylarına beh götürən şadlıq evlərində toy etmək mümkün olacaq?

Leqal.info xəbər verir ki, bu suala bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov aydınlıq gətirib.

O, şadlıq evlərinin açılmasının sanitar epidemioloji vəziyyətdən asılı olduğunu bildirib:

"Biz iyun-iyul ayı haqqında bu gün hələ bi şey deyə bilmərik. Bugünkü vəziyyətə istinad edərək deyə bilərik ki, şadlıq evləri açıq deyil. Onların açılması gözlənilmir. Amma bu, bugünkü vəziyyətə istinadən bugünkü statistikadan çıxış edərək deyilir. Sabah, növbəti həftə nə baş verəcək, statistika necə dəyişəcək sanitar epidemioloji vəziyyətdən asılı olacaq".