Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı koronavirusdan vəfat edən şəxslərin dəfn edilməsi ilə bağlı qaydalara aydınlıq gətirib.

Leqal.info bildirir ki, o bildirib ki, koronavirusla bağlı vətəndaşların dəfn edilməsində dini baxımdan heç bir dəyişiklik yoxdur: "Burada müəyyən tibbi qaydalar var. Dəfn mərasimləri İslami qaydalara uyğun həyata keçirilir. Sadəcə orada tibblə bağlı qoruyucu qaydalar var ki, bunlara əməl olunur".