Bakı və Abşeron rayonu ərazisindəki bağ evlərinin icarə qiymətləri artacaq.

Leqal.info xəbər verir ki, bunu "Trend"ə açıqlamasında “Əmlak” Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib. Onun sözlərinə görə, insanlar xaricə istirahətə gedə bilmədiyi üçün, onlar daha çox yerli turizmdən faydalanacaqlar:

“Hazırda bütün dünyada olduğu kimi Azərbaycanda turizmlə bağlı problemlər var, ölkəyə turist axını dayanıb. Eyni zamanda ölkədən xaricə də yerli turistlərin gedişinə hələlik məhdudiyyətlər qoyulub. Belə olan təqdirdə daxili turizmdə inkişaf müşahidə olunacaq. Bunun da əsas istiqamətlərindən biri Bakı və Abşeron rayonu ərazisindəki bağ evlərinin icarə qiymətləridir. Adətən insanlar belə dövrlərdə dənizkənarına və ya turizm potensialı olan bölgələrə üz tuturlar. Bu halda təbii ki icarə qiymətlərində müəyyən artım olacaq”.