Azərbaycanda koronavirusdan vəfat edən sağlam gənclərin ölüm səbəbi açqlanıb.

Leqal.info bildirir ki, Mərkəzi Neftçilər Xəstəxanasının həkim-infekionisti Fərrux Sədirov Nazirlər Kabineti yanında Operativ Qərərgahın brifinqində deyib ki, sağlam gənclərin ölüm səbəbləri arasında virus yükü çox önəmlidir.

Onun sözlərinə görə, virus yükü nə qədər çox olarsa, xəstəlik bir o qədər ağır keçir: "İmmun sistemi nə qədər güclü olsa da milyonlarla virus yükü qarşısında aciz qalır və müqavimət göstərə bilmir. Bu səbəbdən digər orqanlar da sıradan çıxır və xəstəlik ölümlə nəticələnir. Bu virus adi qriplə və başqa respirator xəstəliklə müqayisə olunmamalıdır".