Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti 2020-ci ilin sentyabrın 15-dək dayandırılıb.

“Leqal.info”nun xəbərinə görə, bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarında qeyd edilib.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə pandemiyaya görə Bakı Metropoliteninin fəaliyyəti iyulun 4-dən dayandırılıb. Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, metropolitenin fəaliyyəti ilə bağlı məsələ müzakirə mövzusudur. Bununla bağlı müzakirələr hazırda davam etdirilir.