Keçmişdə cəfəri daha çox göyərti kimi deyil, müalicəvi ot kimi istifadə olunurdu. Təbiblər cəfərinin köməyi ilə müxtəlif xəstəlik və pozulmaları müalicə edirdilər.

Cəfəri böyrəklər üçün ən faydalı məhsuldur – böyrəkləri təmizləyir, daşların əmələ gəlməsinin qarşısını alır, iltihabları azaldır. Cəfəri dəmləməsi böyrəklər üçün əsl şəfa mənbəyidir. 1 x.q. xırda doğranmış cəfərini 1 stəkan isti suda çay kimi dəmləyin və için. Dəmləməyə limon əlavə edəndə faydalı və müalicəvi xüsusiyyətləri daha da artır.
Leqal.info bildirir ki, həmçinin sidikqovucu təsirə malik olan cəfəri dəmləməsi təzyiqi salır, ürək ödemlərini azaldır.

Cəfəri qadın otu sayılır. Onun qadın orqanizminə olan müsbət təsiri olduqca çoxdur. Cəfəri menstrual ağrılarını azaldır, menstruasiya qabağı sindromunun və klimaksın xoşagəlməz simptomlarını yumşaldır.

Cəfəri həzmə kömək edir, köpü və meteorizmi azaldır.

Liflərlə zəngin olduğundan cəfəri bağırsaqları təmizləyir, xolesterinin səviyyəsini tənzimləməyə kömək edir.

Cəfəri dərinin vəziyyətinə də çox müsbət təsir edir. Cəfəri ilə maskalar dərini daha elastik və dartınmış edir.

A, C və E kimi güclü antioksidanların sayəsində cəfəri orqanizmdə qocalmaya səbəb olan oksidləşmə proseslərini ləngidir.

Cəfəri ağız boşluğunu tərarvətləndirir, pis ağız qoxusunu yox edir. Bu səbəbdən yeməkdən sonra saqqız deyil, cəfəri çeynəyin.