SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov keçmiş futbolçu Maşallah Əhmədovun SOCAR-da işə düzəltmək adı ilə tanışından 20 min dollar pul almasına münasibət bildirib:

“SOCAR-a işə qəbul müsabiqə yolu ilə həyata keçirilir. Əsas meyar, bilikdir, səriştədir, bacarıqdır. Tanış, dost, dayı keçmir”.

Biz də Leqal.info olaraq istəyərdik ki, ölkəmizin ən strateji obyekti olan SOCAR-da qohumbazlıq, tayfabazlıq deyil, bilik, bacarıq və səriştə əsas meyar olsun.


Ancaq ölkə mətbuatında dəfələrlə dərc olunan və SOCAR tərəfindən təkzib edilməyən məlumatlar bunun tam əksini deyir.
Buyurun “SOCAR ailəs”nin kiçik bir hissəsi ilə tanış olun.

1. Rövnəq Abdullayevin dayısı Nüsrət Əliyev – Neft Emalı zavodunda Qaz sektorunun müdiri,

2. Rövnəq Abdullayevin dayısı oğlu Bədəl Əliyev - SOCAR Informasiya Texnologiyaları Departamentində rəis müavini,

3. Rövnəq Abdullayevin digər dayısı oğlu Nihad Əliyev - SOCAR-da satış direktoudur,

4. Rövnəq Abdullayevin digər dayısı Azad Əliyev - Neft Emalı zavodunda Kislorod sektorunun müdiri,

5. Azad Əliyevin oğlu Rəsul SOCAR-da mühüm
vəzifə daşıyır,

6. Rövnəq Abdulalyevin dayısının baldızının oğlanları Suraxanı OYL Əməliyyat Şirkətinin və Balaxanıneftin rəhbərlərdir,

7. Rövnəq Abdullayevin dayısı nəvələri Ramil və Nail Əliyev qardaşları uyğun olaraq “EKOL”-un rəisi və Neft-Yağ Emalı zavodunun rəisidir,

8. Rövnəq Abdullayevn qaynatası və doğma əmisi Adəm müəllim SOCAR-da Demontaj sektorunun rəisidir,

9. Rövnəq Abdullayevin sinif yoldaşı Fuad müəllim - Neft Kəmərləri İdarəsinin rəis müvini,

10. Rövnəq Abdullayevin bacanağı Mehman müəllim SOCAR-ın Təchizat Departamentinin rəisidir. (nuh.az)

Mövzu ilə bağlı araşdırmamız davam edir...

Leqal.info